Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.