Tədqiqatçıların fikrincə, bananda aşkar edilən zülal viruslar əleyhinə mübarizəyə kömək edir. Xüsusən də bu, İÇV, qrip və hepatit C viruslarına aiddir. Bananın tərkibindəki lektin hüceyrələrin və virusların kənarında olan şəkəri “saymaq” xüsusiyyətinə malikdir.
Azərtac “medikforum.ru” saytına istinadla xəbər verir ki, müxtəlif ölkələrdən 26 alimin iştirakı ilə tədqiqat aparılıb. Müəyyən edilib ki, bu zülal İÇV virusunun hüceyrələrə daxil olmasının qarşısını alır və əlavə təsirlər yaratmır.
Nəticədə ekspertlər banan zülalı əsasında yeni formul hazırlayıblar. Laboratoriya siçanları üzərində təcrübələr bu dərmana müsbət reaksiya nümayiş etdirib. Siçanlar qripdən və digər virus infeksiyalarından müalicə olunublar.
Zülalın yeni versiyasını H84T adlandırıblar. Bunun üçün alimlər cüzi gen dəyişikliyindən istifadə ediblər. Onlar banan əsasında mükəmməl dərman preparatı yaratmağa ümid bəsləyirlər.