Ramiz Tağıyev: “Terror hansı məqsədlə, kimə qarşı edilməsindən asılı olmayaraq lənətlənməlidir”

0
4

“Terror hansı məqsədlə, kimə qarşı edilməsindən asılı olmayaraq lənətlənməlidir.Terror ənənə halını alarsa,istənilən ölkədə hər bir qapını “döyə”bilər.”

Bu fikirləri Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Türkiyədə Rusiya səfirinin öldürülməsinə münasibət bildirərkən söyləyib.

O, terror hadisəsini Rusiyanın son zamanlar yürütdüyü yanlış xarici siyasətinin nəticəsi kimi qiymətləndirib:“Düşünürəm ki, terrorçu islam təəssübkeşi kimi Suriyaya, İraqa gedib döyüşdə həlak olsaydı,daha müşbət qarşılanardı. Ümumən isə, Rusiyanın xarici siyasətini qüsurlu sayıram. Ölkəsində minbir problem yaşanan bu ölkənin “burnunu” yerli-yersiz hər yerə soxması hələ çoxlarını qıcıqlandıra bilər. Bəla orasındadır ki, iddialı diktatorların ambisioz siyasətlərinin qurbanı günahsız insanlar olurlar.”

1

 

Nicat