Alman nazir:”Facebook”u cərimələyəcəyik…”

0
4
Almaniyanın ədliyyə naziri Hayko Maas bildirib ki, ölkənin dövlət orqanları təhqir və böhtan məzmunlu yazıların yayılması ilə mübarizə aparmaq və “Facebook”un onların qarşısını almaq üçün zəruri tədbirlər görməsi ilə bağlı yollar axtarır.

Strateq.az “Süddeutsche Zeitung” nəşrinə istinadla xəbər verir ki, nazir deyib:

“Əlbəttə, biz “Facebook”a qarşı cərimələrin tətbiqi haqqında düşünürük. Bu, güclü stimul olacaq”.

Nazirin sözlərinə görə, “Facebook” qarşısında aydın tələblər qoyulacaq və 2017-ci ildə nifrət təbliğ edən mesajların sosial şəbəkədə aradan qaldırılmasına çalışılacaq.

Xatırladaq ki, dekabrın 16-da “Facebook”un vitse-prezidenti Adam Mosseri bildirib ki, sosial şəbəkə yalan xəbər yayılması ilə mübarizə aparmaq üçün yeni alətlər işə salıb. İstifadəçilər yalan və ya aldadıcı xəbərləri aşkar etdikdə onu ekspert komissiyasına göndərə bilər.