“Millət olaraq hamımız kədərliyik. Heç kəs terror aktı ilə nə Türkiyəni sarsıda, nə də türk millətinin gözünü qorxuda bilər”.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
“Biz kədərli ola bilərik, amma terrorla mübarizə aparmağa tam qərarlıyıq” – səfir bildirib.
Onun sözlərinə görə, türk milləti terrorla mübarizədə hər zaman hökümətin yanındadır: “Adı nə olur olsun, istər PKK, istər İŞİD, istərsə də FETÖ, fərq etməz, bilsinlər ki, onları əzib yox edəcəyik”.
Report