Dekabrın 6-da qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtda 3 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Ölüm hadisəsi paytaxtın Yasamal rayonu ərazisində piyadanın vurulması nəticəsində qeydə alınıb.