“ABŞ demokratiyasına sadiq qaldı”

0
4
 Dünyanın maraqla izlədiyi ABŞ-dakı prezident seçkilərinin qalibi Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp oldu. Artıq onu rəqibi Hillari Klinton da təbrik edib. Qələbə nitqini söyləyən D.Tramp bu dəfə fərqli görünüb-ciddi və intellektli. O, bütün ABŞ vətəndaşlarının prezidenti olacağını açıqlayıb. ABŞ seçkilərinə münasibət bildirən CANP sədri Ramiz Tağıyev saytımıza açıqlamasında dünyanın supergüc dövlətinin demokratiyaya sadiq qaldığını bildirib:”ABŞ-da keçirilən seçkiləri proqnozlaşdırmaq çətin olur. Mübarizə marafonunu uğurlu təşkil edən namizəd də qalib olur.
Çoxları Trampı düzgün qiymətləndirə bilməmişdi. Görünən odur ki, ABŞ cəmiyyəti Trampın Rusiya ilə münasibətlərin normallaşması çağırışlarını da müsbət dəyərləndirib. Bununla belə, ABŞ prezidentinin kimliyindən asılı olmayaraq ölkənin xarici siyasətində ciddi dəyişikliklər baş vermir. ABŞ yenə demokratiyanı təbliğ edib, öz strateji maraqlarını qoruyacaq. Ölkəmiz üçün isə ABŞ-da kimin prezident olması bir o qədər önəm daşımayıb. Belə ki, biz ABŞ-a “demokratiya dərsi” keçməyə qədər irəliləmişik”.
Turan