Ramiz Tağıyev:”Separatçılığın parlamentə yol açması böyük faciənin başlanğıcı olmuştu”
Qardaş Türkiyə Cümhuriyyətində qanunları pozan və prokurorluqların məhkəməyə gəlmək barədə çağırışlarına məhəl qoymayan HDP-li deputatların həbs edilməsi davam edir. Xatıtrladaq ki, deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.
Tutulan deputatlar barəsində terror qruplaşmasına üzv olmaq, Türkiyə Cümhuriyyətini təhqir etmək, terror qruplaşmasının təbliğatını aparmaq, türk milləti, respublikası və Türkiyə Böyük Millət Məclisini aşağılamaq, ölkə prezidentini, dövlətin hərbi və təhlükəsizlik qurumlarını təhqir etmək, terrorçu PKK qruplaşmasının təbliğatını aparmaq, xalqlar arasında kin-nifrət yaymaq, Türkiyənin hüquq-mühafizə orqanlarını təhqir etmək, dövlətin birliyini və bütövlüyünü pozmaq və s. ittihamları irəli sürülüb.
PKK terror təşkilatına açıq dəstəklərini gizlətməyən millət vəkillərinin həbsinə münasibət bildirən Canımız Azərbaycan Naminə ( CANP) partiyasının sədri Ramiz Tagıyev vacib addımların bir xeyli gecikdiyini qeyd edib:”İllərdi PKK Türkiyədə qan tökür, yüzlərlə Türk əskərini şəhid edirdi. Bu cür dözümlülük terror təşkilatının əl-qolunu açırdı. Gec də olsa Səlahəddin Dəmirtaş və digər terrorçubaşılarının həbsini təqdir edirəm. Türkiyə demokratik cümhuriyyətdir. Onun qanunlarına hörmət etməyənlər, separatçılıq edənlər, terrora dəstək verənlər, mütləq cəzalandırılmalıdırlar. Ərdoğanın apardığı siyasət nəticəsində Türk millətçiləri PKK dəstəkçilərindən az olaraq Böyük Millət Məclisində təmsil olunmaq hüququ qazanmışdılar. Nəticə başqa cür ola bilməzdi. Separatçılığın parlamentə yol açması böyük faciənin başlanğıcı olmuştu. Bu isə AKP-nin öz imkanlarından istifadə edərək Türk millətçilərini sıxışdırmağının nəticəsində baş vermişdi. Millətsevərlərin sıxışdırılması isə separatçıların imkanlarını çoxaldar. Düşünürəm ki, Ərdoğan səhvlərini anlayıb. Onun Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıyla baş tutan son görüşü separatçılarla mübarizə mövzusuna həsr edilib.”
Turan