Bildirildiyinə görə, 6 yaşından etibarən xüsusi təlim keçilən uşaqlara bomba düzəltməkdən tutmuş, intihar hücumlarına qədər bir çox “hərb sahələr”inin sirləri öyrədilir. Onlar bəzən kafirlərin başının necə kəsilməsinin videolarını izləyir, bəzən özləri şəxsən bu cəlladlıq funksiyasını yerinə yetirir “insan qəssablığının” incəliklərinə vaqif olurlar.
Xüsusilə 6 yaşından sonra uşaqların bu “müəddəs missiya”ya cəlb edilməsi də təsadüfi deyil. Ekspertlərə görə, bu yaşdakı uşaqlar həm tez qavrama qabiliyyətinə malik olurlar, həm də ölümün nə demək olduğunu anlamadıqarına görə ondan qorxmurlar.
Cənnət vədiylə aldadılmış uşaqlar anti-terror əməkdaşları tərəfindən də ən çətin silah olaraq görülürlər.
İŞİD öz ideyasıyla yoluxdurduğu bu azyaşlıları “xilafətin uşaqları” adlandırır.
Strateq.az İŞİD-in uşaq təlim düşərgələrində çəkilmiş “xilafətin uşaqları”nın fotolarını oxucularına təqdim edir: