Problemli kreditlərlə bağlı qərar veriləcək –Palata sədri açıqladı

0
4
Problemli kreditlərlə bağlı yaxın günlərdə qərar qəbul ediləcək.

Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. Palata sədri söyləyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.

R. Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

Modern.az