Bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev bildirib.
“Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, – deyə Qordeyev bildirib.
Onun sözlərinə görə, hərbçilərin fərdi şəkildə atəş, taktiki, xüsusi və digər hazırlıqlar üzrə biliklərinin yoxlanılacağı, həmçinin, hər bir komandirin ona təhkim olunan silah və texnikadan istifadə qaydaları üzrə biliklərinin yoxlanılacağı nəzərdə tutulub.
Təlimlər planına əsasən, “Qrad” reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və “Orlan” tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub.
APA