Ukraynadakı koalisiya hökumətində kimlər olacaq?

0
6

Ukraynadakı koalisiya hökumətində kimlər olacaq?

“Pyotr Poroşenkonun Bloku” və “Xalq Cəbhəsi” hökumətin formalaşdırılması ilə bağlı koalisiya razılaşması əldə ediblər. Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, yeni hökumətdə “Xalq Cəbhəsi” partiyasının sədri Arseni Yatsenyuk yenə də baş nazir olacaq. O, Nazirlər Kabinetində ciddi “təmizləmələr” apararaq, baş nazirin müavinləri postunu ləğv etməyi, ümumiyyətlə nazirlərin sayını azaltmağı planlaşdırır. Pyotr Poroşenko hökuməti isə əsas hakimiyyət institutlarını əlində saxlayacaq.

Vladimir Qroysman Ali Radanın spikeri və koalisiyanın parlamentdə çoxluq təşkil edəcək fraksiyasının rəhbəri olacaq. Bununla yanaşı, Ali Rada spikerliyinə Yuri Luçenkonun namizədliyi də gözdən keçirilir.

Beləliklə, səhiyyə naziri Olqa Boqomoleç, iqtisadiyyat naziri Viktor Pinzenik, sosial siyasət naziri Pavel Rozenko, aqrar siyasət naziri Anatoli Matvienko, təhsil naziri Sergey Kvit, maliyyə naziir Andrey Pışnoy, ədliyyə naziri Pyotr Petrenko ola bilərlər.

Nazirlər Kabineti nazirliyinə isə Ostap Semerakanın namizədliyi müzakirə olunur. Bu namizədlərlə bağlı “Pyotr Poroşenkonun bloku” və “Xalq Cəbhəsi” arasında məsləhətləşmələr davam edir. Sosial siyasət naziri postuna namizədliyi irəli sürülən Pavel Rozenko onun nazir postuna gətirilməsi ilə bağlı xəbərləri təkzib edib.

Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin 98,4 faizini hesbalayıb. “Xalq Cəbhəsi” Partiyası səslərin 22,17 faizini toplayaraq ilk pillədə qərarlaşıb. “Pyotr Poroşenkonun bloku”nun topladığı səs isə 21,82 faizdir. Növbəti pillələrdə 11 faiz səs toplayan “Samopomiç”, 9,37 faiz səslə “Müxalifət bloku”, 7,44 faizlə Oleq Lyaşkonun Radikal Partiyası və 5,68 faizlə “Batkivşina”dır.

LEAVE A REPLY