Ekologiya və Təbii Sərvətlər Nazirliyinə əlavə səlahiyyət verildi –Fərman

0
6
Bu gün Prezident İlham əliyev “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman verib.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı qərar verilib:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.9-cu yarımbəndə “atmosfer havasının” sözlərindən sonra “və yaşıllıqların”sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 10.70-1-ci yarımbənd əlavə edilsin:

“10.70-1. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların toplanılmasını və bu məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;”.

3. 10.83-cü yarımbəndə “meşələrin” sözündən sonra “və digər yaşıllıqların”sözləri əlavə edilsin.