“Ərim uşağımızı zorlamaq istəyirdi” – AÇIQLAMA

0
4

Bakıda illərdir həyat yoldaşı tərəfindən işğəncələrə və təcavüzlərə məruz qaldığını deyən qadın övladı ilə birgə qadın sığınacağına yerləşdirilib.

Azinforum.az bildirir ki, bu məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən Sabunçu rayon sakini İradə Hüseynova (ad şərtidir- red.) danışıb.

O iddia edib ki, illər öncə tanış olaraq ailə qurduğu oğlanın ailəsi də “manyak” imiş. Belə ki, o, gəlin olduğu ailədə həyat yoldaşından tutmuş digərləri tərəfindən də ağlasığmaz hərəkətlərə, işgəncə və zorlamaya məruz qaldığını iddia edib:

“Mənim 36 yaşım var və 7 yaşında bir övladımla sığınacağa gəlmişəm. Yoldaşımla təsadüfən tanış olduq və ailə qurmağı qərarlaşdırdıq. Ailə qurandan sonra ayağımı zəncirləyib işə gedirdi. Dəfələrlə məni ağaca bağlayıb və kəmərlə döyüb. Barmağımı deşib, qanını içki şüşəsinə töküb içirdi və eləcə ağlı başına gəlirdi. Hamilə vaxtımda məni döyürdü, olmazın işgəncələr verirdi. Dəfələrlə vəhçicəsinə məni döyürdü ki, uşağı dünyaya gətirməyim. Gözümün qabağında pişikləri doğrayıb öldürürdü və mənə deyirdi ki, uşağı da belə öldürəcəyəm. Uşağı zorlamaq istəyirdi və ona qarşı əxlaqsız hərəkətlər edirdi.

Buna imkan verməyəndə isə məni döyürdü. Şüşəni qırıb yerə tökürdü və məcbur edirdi ki, üstündə gəzim. Gəzməyəndə isə məni doğrayacağı ilə hədələyirdi. Ailəlikcə manyak idilər. Yoldaşım məni 4 il diləndirib. Oğlumu çiynimə alıb vağzalda dilənirdim. Binə bazarında məni məcburi diləndirirdi. İki yaşlı oğluma ayaqqabı mazı ilə fırça verirdi ki, ayaqqabıları silsin. Saçımın dibindən tutub yerlərdə süründürürdü. Mənə qarşı da əxlaqsız hərəkətlər edirdi. Neçə dəfələrlə əl-ayağımı bağlayıb zorlayırdı. Konkret olaraq manyak idi. Qan içib ləzzət alırdı”.

İradə Hüseynovanın sözlərinə görə, evləndiyi oğlanın keçmiş həyatı barədə məlumatları ailə qurandan sonra bilib:

“Yoldaşımla xalam qızının vasitəsi ilə tanış olmuşuq. Ona ev lazım idi, zəng etdik. Yoldaşım “makler” işləyirdi. Telefon danışığında çox mehriban idi. Görüşəndə də hiss etməmişəm ki, o, yaşlıdır. Onunla evlənəndən sonra bilmişəm ki, sən demə yoldaşımın 50 yaşı var və məndən əvvəlki həyat yoldaşından 6 övladı olub. Özünü tanışlıq vaxtında çox mehriban göstərmişdi. Onunla rəsmi nikahımız var. Adına olduğu evdə yaşayırdıq.

Bir gün yoldaşım məni bıçaqlamaq istədi və qorxudan atamgilə qaçdım. Məni hədələyirdi ki, evdən çıxmalısan və bu ev sənə aid deyil. Demişdi ki, bu evə gəlsən, başını kəsib, ayağımın altına qoyacam. Oğurluq edirdilər. Qayınatam pişikləri doğrayırdı. Mən qorxuram onlarla yaşamaqdan… Anam şəkər xəstəsi olduğundan mənə və övladıma baxa bilmirdi. Sağ olsunlar, məni sığınacağa gətirdilər. Onlardan çox razıyam”.

Qadının sözlərinə görə, başına gələn müsibətlərlə bağlı 15 saylı Sabunçu rayon Polis Bölməsinə şikayət edib: “Polisə müraciət etmişəm. 4 ildir mən polis qapılarında qalmışam. Şikayətimi eşidib gülürlər. Sadəcə mənə rəsmən aid olan evdə övladımla rahat yaşamaq istəyirəm. Heç yerdə işləmirəm. Məhkəmələr işimə baxmır. Başıma gətirilənlə bağlı onun cəzalanmasını və evimi istəyirəm”.