Futbol, yoxsa tək qapı?

0
4

Qüdrət Əzizov

Futbol, yoxsa tək qapı?

Azərbaycanda demək olar ki, idmanın hər bir sahəsində peşəkarlar var. Lakin ölkəmizdə hər bir kəsin yaralı yeri futboldur desək, yanılmarıq. Futbolçularımızdadırmı problem, yoxsa məşqçidə bir qərara gəlmək olmur. Çünki hər ikisindədir problem…
Məşqçi başqa ölkədə oturub, burda kağız üstündə adı getməz. Daim bir yerdə olub, futbol komandasına mütəmadı məşqlər etdirməlidir. Berti Foqts bu yaxınlarda, altı ildən sonra istefa verdiyini bəyan etdi. Bu düzgün addımdı, lakin bu qərar 5 il əvvəl verilsəydi daha effektiv olardı. Sabiq məşqçi bir sıra uğurlara imza atsa da, yenə də burda ona göstərilən qayğının əvəzini ödəyə bilmədi. Milli yığmamızı 147-ci yerdən 73-cü pilləyə gətirə bildi. Bu danılmaz fakt olsa da, sabiq məşqçi öz missiyasını düzgün yerinə yetirmirdi və onun ölkədə məşqçilik etməyinin yalnız bir səbəbi illərdir aldığı maliyyə vəsaiti idi. Məşqçilik etdiyi dövr ərzində 3.1 milyon avro qazandı. Bu pula futbol sahəsində bir çox şeylər etmək olmazdımı desək, cavab birmənalı olaraq bəli olar.
Məşqçi Almaniyada oturub, Azərbaycanda komanda idarə etməz. Komandasın yanında olaraq onları düzgün yönəltməli idi. Bu gün yığmamıza Qurban Qurbanov kimi bir məşqçi lazımdır ki, bütün diqqətini, ürəyini komandasına yönəltsin və istəklərinə çatsın.
Bizim hazırki, milli yığmamız “Allah kərimdir” taktikası ilə oynayır.Ya öz qapımıza qol vururuq, yada ki, 30-40 dəqiqə meydancada qacmaq əvəzinə yeriyirik. Dünya çempionu Almaniya belə bizim yığmadan çox məşq edir. Bu yöndə köklü dəişikliklər etmək lazımdır, yoxsa biz hələ çox məşqçi yola salıb, öz qapımıza qol vurub və biyabırçı hesablardan canımızı qurtara bilmərik.
Milli yığmamız hazırda çox acınacaqlı bir vəziyyətdedir. Yığmamız nə zaman düzgün oynaya biləcək sualının cavabı hər kəsi maraqlandırır. Nə vaxta kimi 90 dəqiqə tək qapı oyun gedəcək o da bilinmir. Bu ölkədə hər sahə üzrə mütəxəssis tapılır, biz niyə 11 nəfər tapa bilmirik ki, bütün bu problemlərə son qoyaq.Yəqin ki, bu qədər hadisələrdən sonra futbolcular da öz vəzifələrinə məsuliyyətlə yanaşarlar. Nədənsə heç inanmağım gəlmir…
İdmanın digər sahələrində uğur qazana biliriksə,deməli istəsək bu sahədə də qazana bilərik. Sadəcə yığmada bu istək yoxdur. “Qarabağ” klubu Avroliqaya vəsiqə qazanıb və uğura imza atıb. Necə olur ki, bu uğura imza atmış oyuncuların bir coxu yığmada yalnız görüntü xatirinə oynayır?
Futbolumuzda kök salmış problemlərin həllini tapmasaq, hələ bu suallara çoxbaş sındırmalı olacağıq.

LEAVE A REPLY