Türkiyə və Rusiyadan birgə bəyanat İnvestisiya fondu yaradılır

0
5
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu gün Ankarada rusiyalı həmkarı Aleksey Ulyukayevlə  Rusiya -Türkiyə birgə investisiya fondunun yaradılması planına dair bəyanat imzalayacaq.

Zeybekçinin sözlərinə görə, yaradılacaq fond üçüncü ölkələrə birgə sərmayələrin maliyyələşdirilməsinin təmin edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Aleksey Ulyukayev bundan əvvəl Rusiya və Türkiyənin azad ticarət zonasına dair sazişin imzalanmasına yaxınlaşdığını bildirib.   (APA)