Yəmənin paytaxtı Səna şəhərində husilərin iştirakı ilə keçirilən yas mərasiminə hava zərbəsi nəticəsində ən az 140 nəfərin öldüyü bildirilir.
Husilərə məxsus “El-Mesira” kanalının xəbərində hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunub.
Koalisiya qüvvələrindən isə hadisə ilə bağlı hər hansı bir açıqlama verilməyib.
Qeyd edək ki, hava zərbəsi üsyançı hökumətin daxili işlər nazirinin atasının ölümü ilə bağlı matəm mərasiminin keçirildiyi binaya endirilib. Hadisə nəticəsində xeyli sayda yaralının da olduğu bildirilir(azərtac).