Türkiyə ordusu dörd şəhəri də İŞİD-dən təmizlədi –“Fərat qalxanı” əməliyyatı

0
5

Türkiyə Silahlı Qüvvələri Suriyada dörd yaşayış məntəqəsini nəzarətə götürüb. 

Bu barədə Reuters agentliyi hərbçilərin bəyanatına istinadən məlumat verir.

Onların sözlərinə görə, “Fərat qalxanı” əməliyyatı zamanı Türkiyə ordusu Kantara, Əs-Sehid, Əl-Humran və Taşlıquyuk şəhərlərinə daxil olub.

Rəsmi Ankara bildirib ki, bu, İŞİD terrorçularının Türkiyə sərhədlərindən kənarlaşdırılmasından sonra kürd yaraqlılarının onların mövqeylərini tutmaması üçün vacib bir addım idi.