Fəttah Heydərov: “Hamı o təhdidlərə qarşı mübarizə aparmalıdır”

0
2

Fəttah Heydərov: “Hamı o təhdidlərə qarşı mübarizə aparmalıdır”

“Beynəlxalq təşkilatların Azərbaycan haqqındakı qeyri-obyektiv hesabatları və qətnamələri heç bir əhəmiyyət kəsb etmir”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Fəttah Heydərov deyib.

Həmin hesabatları sərt tənqid edən deputatın sözlərinə görə Azərbaycan vətəndaşları ölkəmiz haqqındakı bu cür bəyanatlardan, fikirlərdən narahat olmalıdırlar. Fəttah Heydərov bildirib ki, bəzi beynəlxalq təşkilatlar qrup və şəxsi mənafelərinə görə Azərbaycanın müstəqilliyini həzm edə bilmir.

“Azərbaycanın müstəqilliyi bizim üçün əsas dəyərdir. Hər bi vətəndaş bu müstəqilliyə qarşı olan təhdidlərə qarşı mübarizə aparmalıdır”,-deyə Fəttah Heydərov qeyd edib.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də deyib ki, ölkədə QHT-lərin, bələdiyyələrin fəaliyyəti ilə bağlı beynəlxalq qurumlar tərəfindən Azərbaycana yönələn təndiqlər əsassızdır.

“Bu cür bəyanatlar, hesabatlar vicdansızlıq və qeyri-obyektivlikdir”.

Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə qətnamə qəbul edib. Qətnamədə Azərbaycanda insan haqları, demokratiya məsələləri ilə bağlı vəziyyət tənqid olunub. Bundan sonra isə ABŞ prezidenti Barak Obama da Klinton Qlobal Təşəbbüsünün illik sessiyasında çıxışı zamanı Azərbaycanda QHT-ərin fəaliyyətinə əngəllər yaradıldığını demişdi.

LEAVE A REPLY