Kəmaləddin Heydərov şikayətçiləri qəbul edəcək –Qəbul günü açıqlandı

0
5

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 avqust 2016-cı il tarixində Şəki şəhərində Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) 24 avqust 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.