Həkim səhlənkarlığı, yoxsa… –Gəncədə 17 yaşlı qızın ölüm anını əks etdirən – VİDEO

0
5

Gəncə şəhərində yerləşən “Yeni Gəncə” Tibb Mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.

Report mərkəzin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir.

Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb.

Gəncə Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.