Şamaxı meşələrində yenidən yanğın başladı, əhali və FHN səfərbər olundu –İcra başçıları hadisə yerində!

0
6

Şamaxı rayonunun Şərədil kəndi ərazisindəki meşədə yenidən yanğın başlayıb.

Şərədil kənd sakinlərinin verdiyi məlumata görə, yanğın bu gün saat 17:00 radələrində başlayıb.

Alov artıq meşə sahəsini bürüyüb. Əraziyə Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının yanğınsöndürən briqadaları, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları, Ağsu və İsmayıllı rayonunun mülki vətəndaşları cəlb edilib.

Məlumata görə, əraziyə yanğınsöndürən texnikalar daxil ola bilmədiyindən əhali və FHN əməkdaşları əllərində su daşımaqla və yanğınsöndürən balonlarından istifadə etməklə yanğının qarşısını almağa çalışırlar.

Hadisə yerinə Şamaxı və Ağsu rayonlarının icra başçıları da gəlib. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Trend