Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı görülən istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə millisinin keçmiş oyunçusu Hakan Şükürün villasında axtarış aparılıb.
“Report” xəbər verir ki, futbolçunun malikanəsində axtarış Hakan Şükür barəsində çıxarılan həbs-qətimkan tədbiri qərarı əsasında aparılıb.
Qeyd edək ki, Sakarya məhkəməsinin qərarına əsasən keçmiş futbolçunun villası müsadirə edilib.