Hakan Şükür və atasının bütün əmlakına həbs qoyulub

0
5

Prokurorluğu Türkiyə yığması və “Qalatasaray” klubunun keçmiş futbolçusu Hakan Şükür və atası Semet Şükürun mal və mülklərinin müsadirə edilməsi barədə qərar verib.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq çərçivəsində prokurorluq H. Şükür və atasının FETO-ya maliyyə dəstəyi verməsi barədə faktların əldə edilməsi  ilə əlaqədar belə bir qərar qəbul edib.

H. Şükür və atasının daşınmaz əmlakı, avtomobilləri, bank və digər maliyyə qurumlarında hesablarındakı pulları, qiymətli əşyaları, şirkətlərdəki ortaq payları müsadirə ediləcək.

Qeyd edək ki, Sakarya Baş Prokurorluğu dünən H. Şükür və S. Şükürün saxlanılması barədə qərar qəbul edib.