“İş dəftərləri dərslik komplektindən çıxarılıb” – NAZİRLİK

0
8

“İş dəftərləri dərslik komplektindən çıxarılıb” – NAZİRLİK

alt=”"İş dəftərləri dərslik komplektindən çıxarılıb" – NAZİRLİK” title=”"İş dəftərləri dərslik komplektindən çıxarılıb" – NAZİRLİK”
Azərbaycanın orta məktəblərində istifadə olunan iş dəftərləri dərslik komplektindən çıxarılıb.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev APA-ya açıqlamasında deyib ki, iş dəftərləri dövlət tərəfindən maliyyələşdirilmir.

O qeyd edib ki, bu dəftərlər nəşriyyatlar tərəfindən çap olunur və açıq satış yolu ilə yayılır.

Ə. Quliyevin sözlərinə görə, ancaq cəmiyyətdə belə bir tendensiya yaranıb ki, bu dərslikləri almağa müəyyən valideynlərin gücü çatmır: “Əslində, həmin iş dəftərləri sadə qələmlə – karandaşla yazılmalı, sonradan silinib yenidən istifadə olunmalıdır. Hər hansı hal cəmiyyətdə narazılıq yaradırsa, onların arzu və istəyi nəzərə alınmalıdır. Ona görə də nazirlik qərara gəldi ki, iş dəftəri dərslik komplektindən çıxarılsın. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait və iş dəftəri daxil idi. Artıq həmin komplektdən iş dəftəri çıxarılıb və dərslik komplektinə yalnız dərslik və müəllim üçün metodik vəsait daxildir. Kim istəyirsə, nəşriyyat çap edibsə, valideyn də istəyirsə, onu alıb istifadə edə bilər. Amma iş dəftərlərinin istifadəsində məcburiyyət yoxdur. Kim istəsə alıb tapşırıqları iş dəftərində, kim də istədə sadə dəftərdə həll edə bilər. Bu, məktəb üçün problemli məsələ deyil”.

LEAVE A REPLY