Tovuzda bir ailənin 5 üzvü ətdən zəhərləndi

0
5

Tovuzda bir ailənin 5 üzvü qoyun ətindən zəhərlənib.

APA-nın verdiyi məlumata görə, rayonun Azadlı kənd sakini, 1971-ci il təvəllüdlü Nizami Musayev, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Zərifə Əhmədova, oğlu-1995-ci il təvəllüdlü Rövşən, qızı-1994-cü il təvəllüdlü Lalə, nəvəsi-3 yaşlı Ömər zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Məlumata görə, ailə üzvləri qoyun əti yedikdən sonra zəhərlənmə əlamətləri hiss edərək xəstəxanaya müraciət ediblər.