2015-ci ildə törədilən cinayətlərin böyük hissəsi Bakı şəhərində olub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ötən il paytaxda 12 min 693 cinayət hadisəsi qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 12 min 288 olub.
Ötən il törədilən cinayətlərin sayına görə ikinci yerdə Sumqayıt şəhəridir -1054 hadisə. 2015-ci ildə Abşeron rayonunda 934, Lənkəranda 768, Gəncədə 739,Astarada 445 cinayət hadisəsi törədilib.
Cinayətlərin ən az qeydə alındığı zona Naxçıvan Muxtar Respublikasıdır. Statistikaya əsasən, burada 2015-ci ildə cəmi 29 hadisə törədilib. Həmin zonada ən çox cinayət Naxşıvan şəhərində qeydə alınıb. -10 hadisə. Culfa rayonunda 8, Sədərəkdə 4, Babəkdə 3, Şərurda 2, Ordubad və Kəngərli rayonlarının hər birində 1 hadisə qeydə alınıb.