Çavuşoğlu ABŞ və Avropa Birliyinə “meydan oxudu”:”Bizi təhdid etməyin!”

0
5

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Avropa Birliyinə ultimatum göndərib.

Strateq.az xəbər verir ki, Çavuşoğlu CnnTürk-ə müsahibəsində Fətullah Güləni təhvil verməyəcəkləri təqdirdə ABŞ-Ankara münasibətlərinin pisləşəcəyini bildirib: «Bir terror təşkilatının rəhbəri bu ölkədə yaşayırsa və ABŞ onu bizə təhvil vermirsə, bu, münasibətlərə öz təsirini göstərəcək. Biz vəziyyəti bu həddə gətirmək istəmirik».

ABŞ-a səfər edib həmkarı Con Kerri ilə görüşəcəyini deyən Çavuşoğlu ziyarətin əsas məqsədinin Gülənin ekstradisiyası olacağını bildirib.

Avropa Birliyindən gələn açıqlamalara da toxunan XİN rəhbəri «Dünyada terror təşkilatlarına qarşı necə mübarizə aparırlarsa, bizdə də eynisidir. Avropa Birliyindən bizi təhdid edən açıqlamalar gəlməməlidir», deyə bildirib.