Ramiz Tağıyev
Qardaş Türkiyə Cümhuriyyətində vəziyyətin stabilləşdiyini söyləmək yalnışlıq olardı. Belə ki, Fətullah Gülən tərəfdarlarının revanş üçün münasib zaman gözlədikləri hiss olunur.Sirr deyil ki, iqtidar partiyası AKP-də hələ kifayət qədər Gülən tərəfdarı var. Müxalifət partiyaları bu günlər Ərdoğan iqtidarına dəstək görüntüsü yaratsalar da, şübhəsiz yaxın zamanlarda baş verən prosesləri təhlil edib, Ərdoğan iqtidarının günahlarını ortaya çıxarmaga çalışacaqlar.
Türkiyənin artıq supergüc dövlətlərin maraqlarının toqquşduğu məkana çevrildiyini nəzərə alsaq, qardaş cümhuriyyətdə vəziyyətin tezliklə stabilləşəcəyini gözləmək doğru görünmür. Ermənistanda baş verənlərin təsadüf olmadığını birmənalı söyləmək olar. Görünən odur ki, Sarkisyan iqtidarı ölkəyə nəzarəti itirir.
Rusiya Ermənistana nəzarətini saxlaya biləcəkmi?
Artıq söyləmək mümkündür ki, regionda ABŞ-la Rusiya hiss olunacaq qədər çəkişmələrə start veriblər. Belə nəticəyə gəlmək olur ki, ABŞ Türkiyədəki uğursuzluğunu Ermənistanda kompensasiya etməyə çalışacaq. ABŞ-da prezident seçkilərinin yaxınlaşdığı bir məqamda, hazırda iqtidarda olan demokratlar Ukraynada uğurlara imza atmaq istəklərini büruzə verməməyə çalışsalarda, bu mümkün olmur. Okeanın o tayından Ukraynaya yeni hərbi texnikaların daşınması belə görünür ki, yaxın zamanlarda Ukrayna-Rusiya savaşını qaçılmaz edəcək. Təbii ki, həmin savaşın başlanacağı təqdirdə Rusiya bütün diqqətini yaxın qonşusuna sərf etmək zorunda qalacaq. ABŞ-ın regionda fürsəti qaçırmayacağı,Türkiyə ilə münasibətlərin normallaşmasına səy göstərəcəyi inkaredilməzdir. Digər qonşumuz İran İslam Respublikasında da vəziyyət nəzarətdən çıxa bilər. Molla rejimi öz çirkin oyunlarıyla elə ilk fürsətdəcə Türkləri aşağılamağa çalışıb. Bu isə İranda yaşayan 10 minlərlə soydaşımızın qəzəbinə səbəb olduğundan meydanlara axışıblar. Sözsüz ki, molla rejimi bir daha öz xəyanətkar mahiyyətini ortaya qoyub. Çünki Türklərin təhqir edilməsi, məhz Türkiyədə yaranmış qarışıqlıq zamanında baş verib ki, bu da molla rejiminin fürsətbaz, namərd, əxlaqsız bir rejim olmasının təsdiqidir. Regionumuz təlatümlü zamanını yaşayır söyləsək, yanılmarıq. Qığılcımların digər ölkələrə də sıçrayacağı ehtimalı böyükdür. Sırada hansı ölkədir? İndi bu sual hər kəsi düşündürür. Zənnimcə Ukrayna tezliklə çalxalanacaq. Regonda ciddi dəyişikliklər görünən və qaçılmazdı.