Bir neçə Nardaran sakini silahlarını polisə təhvil verib

0
5

Nardaran sakinləri silahlarını polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Azər Kazımov “TOZ-34” markalı tüfəngi, əvvəllər məhkum olunmuş Ramin Dadaşov isə “F-1” qumbara və 80 ədəd müxtəlif çaplı patronu könüllü olaraq 42-ci Polis Bölməsinə gətiriblər.