Bu dəqiqələrdə Türkiyədə Avropa ilə Asiyanı birləşdirən Boğaziçi və Feteh Sultan Mehmet körpülərü bağlanıb.
Strateq.az xəbər verir ki, hələki körpülərin bağlanma səbəbləri açıqlanmasa da, jandarma və polis qüvvələri 1 saata yaxındır körpülərdən Avropaya keçəməyə imkan vermir. Yollar tamam qapadılıb. Maşınların hərəkəti başqa istiqamətlərə yönəldilir.
Son məlumata görə, hər iki körpü istiqamətinə hərbi qüvvələr də yerləşdirilməkdədir.
Türkiyə mediası ilkin ehtimal kimi körpülərdə terror təhlükəsi olduğunu iddia edirlər.