Böyük Britaniyanın Post Office şirkətinin hesablamalarına əsasən Polşanın paytaxtı Varşava 2016-cı ildə Avropanın ən ucuz şəhəri adına layiq görülüb.
Siyahı hazırlanarkən şəhərlərdə üç ulduzlu oteldə həftəsonu ikinəfərlik otağın qiyməti, iki nəfərlik naharın qiyməti, hava limanından transferin dəyəri və digər meyarlar nəzərə alınıb.
Reytinqdə turistlər arasında ən məşhur 35 şəhər yer alıb.
Müəlliflərin hesablamalarına əsasən, Varşavada iki nəfərin həftəsonu istirahəti 131 funt sterlinqə (270 manat) başa gələcək.
2. Krakov (Polşa) – 143 funt sterlinq (294 manat)
3. Vilnüs (Litva)- 145 funt sterlinq (298 manat)
4. Praqa (Çexiya) – 150 funt sterlinq (308 manat)
5. Afina (Yunanıstan) – 159,5 funt sterlinq (328 manat)
6. Riqa (Latviya) – 162 funt sterlinq (333 manat)
7. Lissabon (Portuqaliya) – 163 funt sterlinq (335 manat)
8. Budapeşt (Macarıstan) – 166 funt sterlinq (341 manat)
9. Moskva (Rusiya) – 169 funt sterlinq (348 manat)
10. Dubrovnik (Xorvatiya) – 187 funt sterlinq ( 384 manat).
Oxu.Az