MTN-nin gizli çəkilişləri barədə məlumatlar yayıldıqdan sonra, həmin nazirliyin Antiterror Mərkəzinə rəhbərlik etmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan general-mayor Elçin Quliyevin havalandıgı barədə məlumat almışıq. Daha öncə istintaqa ifadə verməkdən imtina etmiş sabiq “çekist”in saxlandığı “kamera”da qeyri-adi səslər çıxardığı söylənilir.Məlumat verən mənbə E.Quliyevin gah güldüyünü, gah ağladığını, bəzən isə bülbül kimi cəh-cəh vurduğunu bildirib. Mənbə onu da qeyd edib ki, sabiq idarə rəisi günün əksər vaxtını uşaq nəğmələrini zümzümə etməklə keçirir.
Xatırlatmaq istəyirik ki, bir neçə ay əvvəl E.Quliyevin də intihara əl atması barədə məlumat yayılmış, bildirilmişdi ki, yalnız həbsxana nəzarətçilərinin sayıqlıgı nəticəsində onun həyatını xilas etmək mümkün olub. Sabiq “çekist”in arada “cənab Mahmudov, oldu, baş üstə”- deyərək hayqırdığı da söylənilir ki, bu da onun xəstəlik nəticəsində nostalji hislər yaşadığını təsdiq edir. Məlumatın doğruluğunu öyrənmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı.
Nicat Sadiq