“CƏNCLİK MALL” DAKI “PAKDAD” MÜŞTƏRİLƏRİ NECƏ ALDADIR?

0
6

Yeni fəaliyyətə başlayan “Gənclik Mall” adlı ticarət mərkəzinə əhalinin böyük maraq götərdiyi səbəbindən, yaranan müştəri bolluğu bəzi işbazların “işinə” yaramağa başlayıb.  Sözügedən ticarət mərkəzində  “PAKDAD” adı ilə restoran  xidməti göstərən yerdən Azinforum.az-a  şikayət daxil olub. Bildirilir ki, restoranın nümayişkaranə şəkildə  vurduğu reklamlarda göstərilən qiymətlərlə real qiymət siyasəti arasında kəskin fərq var. Reportyorlarımız deyilən istiqamətdə araşdırma apararakən məlum olub ki, bu brend acıq-açığına istehlahkçıların cibini soyur.

Məsələn, fotolarda göstərilən menyularda yeməklərin “coca-cola” ilə birgə satıldığı bildirilir. Hətta sərinləşdirici içkinin şəkili də satılan məhsullarla birgə  çəkilərək stendə vurulub. Amma müştəri sifariş etdiyi  yeməyi  alanda məlum olur ki,  “coca-cola” yoxdur.  Edilən etirazlara xidməti personal, xüsusilə də kassada pul yığan şəxs kobudluqla cavab verir. Belə hallara da rast gəlinir ki,  müştərilərdən “tombik dönərin” pulunu alıb, ona adi dönər verirlər. Sifariş edilən  “plovüstü dönər” isə, yeyilməyən artıqlardan düzəldiyi səbəbindən soyuq halda müştəriyə təqdim edilir.  Təəssüflər olsun ki, rastlaşdığımız konkret neqativliyə restoran rəhbərliyinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Ümidvarıq ki, əlaqədar qurumlar və ticarət mərkəzinin rəhbərliyi mövzunu diqqətdə saxlayacaq.

AZİNFORUM.AZ