Prezident Putin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması haqqında fərman imzalayıb.
Strateq.az bildirir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
Doroxin 2009-cu ildən Azərbaycanda səfir idi.
Haqqın.az-ın məlumatına görə isə Rusiyanın yeni səfiri Georgi Zuyev olacaq. Onun namizədliyi artıq Dövlət Dumasının MDB məsələləri üzrə komitəsində təsdiq edilib. G.Zuyev təcrübəli diplomatdır. O, hazırda XİN-in kadrlar departamentinin direktor müavini postunu tutur.