Özünü 4-cü mərtəbədən atmaq istədi –FHN fikrindən daşındırdı

0
3

Bakının Nizami rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinə çıxıb.

APA-nın FHN-nin saytına istinadın verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar.