ABŞ Konqresində Azərbaycan əleyhinə yeni addım –Məmurlara sanksiya nəzərdə tutan qətnamə layihəsi hazırlanıb

0
6
ABŞ Konqresinin iki üzvü -konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovern (Demokrat, Massaçusets ştatı) Azərbaycanda insan hüquqlarının hörmət edilməsini və qanunun aliliyini təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər.

Milletim.info “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki Qətnamədə ABŞ hökümətinin Azərbaycan höküməti ilə əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir. Bununla bərabər, qətnamədə Azərbaycan hökümətinin bütün siyasi məhbusları dərhal azad edilməsi və hökümətin hesabatlılığını və demokratik dəyərləri təşviq edən insanların hədəfə alınmasının dayandırılması çağırılır.

Qlobal Maqnitski Aktının yeni dövrdə universal insan hüquqlarının müdafiəsində ABŞ-ın liderliyinə yol açmış olduğunu deyən Smitin hazırladığı sənəddə deyilir: “ABŞ, insan hüquqları pozuntularına yola verən insanlara qarşı viza qadağası, əmlakın dondurulması kimi alətlərdən istifadə etməlidir. Bu ölçülər Azərbaycan hökümətində hüquq pozuntularına yol verən insanların bəhrələndiyi cəzasızlıq mühitini məhv edəcək.”