Bakıda növbəti dəfə təcili tibbi yardım briqadasının həkiminin döyülməsi faktı qeydə alınıb.
Xətai rayonu Telnov küçəsi 6 ünvanında yerləşən “Pion palace” restoranına çağırışla gələn təcili tibbi yardım briqadasının həkimi 1987-ci il təvəllüdlü Şamilzadə Aynurə Cavanşir qızı və feldşer Günay Həziyeva xəstənin yaxınları tərəfindən vəhşicəsinə döyülüb.
Zorakılığa məruz qalan qadın tibb işçiləri onları vuran şəxslərin cəzalandırılması üçün polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)