Ərdoğan:”Türkiyə demokratiya yolunda addımlar atır, ölkədə ifadə azadlığı təmin edilir”

0
4
“Qərb sual verir ki, bu qədər adam niyə həbs edilib? Onlar bunu soruşunca ölənlərlə bağlı məlumat istəsinlər. Xeyli vətəndaşımız şəhid olub. Bunu soruşan yoxdur”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan 15 iyul hadisəsi ilə bağlı təşkil olunan tədbirdə deyib.
Türkiyə Prezidenti qeyd edib ki, 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhd edənlər arasında ölənlər olub: “Bunlar həmin an öldürülüblər. Yəni, əllərindəki silahla vətəndaşları öldürəcəkdilər. Qərb bizə deyir ki, qəzetçiləri həbs etmisiniz. Onlar qəzetçi deyillər, təxribatçılardır. Qərb niyə narahat olur ki? Biz əlimizdəki faktları təqdim etsək də, nəticə yoxdur. Bəs haradadır demokratiya? Türkiyə demokratiya yolunda addımlar atır, ölkədə ifadə azadlığı təmin edilir. Daha güclü Türkiyə yaratmışıq. İnsanı yaşat ki, dövlət yaşasın”.

Ərdoğan vurğulayıb ki, Türkiyə terrorla ciddi şəkildə mübarizə aparır: “Sona qədər bu işləri davam etdirəcəyik. Nə əsgərlər, nə polis, nə də digər peşə sahibləri arasında ayrı-seçkilik edirik. Ölkədə Avropa standartları ilə deyil, özünəməxsus demokratiya yolunda addımlayırıq. Biz onlardan öndəyik”.