Türkiyə ordusu Suriyaya daxil oldu –İdlibdə hərbi baza qurulacaq

0
3
Türkiyə Hərbi Qüvvələri (HQ) Suriyanın İdlib şəhərinə daxil olub.

Bu barədə bu gün Türkiyə KİV-ləri xəbər yayıb.

Xəbərə görə, şəhərdə hərbi baza təşkil edilməsi nəzərdə tutulub. Həmçinin Türkiyə HQ-nin Rusiya HQ ilə birlikdə şəhərdə təhlükəsizliyə nəzarət edəcəyi bildirlir/Trend.

Qeyd edək ki, daha öncə türkiyəli hərbçilərin İdlibdə yerləşə bilməsi ehtimalı barədə Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın bildirmişdi.