Deputat DTX-ya səsləndi:”Prezident seçkiləri ərəfəsində Rusiyadan təxribatlar və təzyiqlər artır”

0
5
Milli Məclisin iclasında Azərbaycan hərbçiləri arasında təxribatçıların aşkarlanması məsələsində Rusiyanın iştirakının araşdırılması barədə məsələ qaldırılıb.

Deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, bir qrup Azərbaycan hərbiçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ciddi araşdırılmalıdır.

O qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamalı, istintaqda iştirak etməlidir:

“Bu məsələdə Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. İndi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.

APA