Fransada kübar cəmiyyət nümayəndələrinin ziyafətlərində ilbiz ekzotika sayılır. Bu yemək daha çox varlı insanların süfrələrində yer alır. Səbəb isə onun həddindən artıq bahalı olmasıdır.
“Marja” xəbər verir ki, bu ilin Yanvar ayında Azərbaycanda “AZDELİKATES-ALFA” MMC adlı şirkət yaradılıb. Şirkət Azərbaycanda qeyri-adi hesab ediləcək bizneslə – ilbizlərin yığılaraq, emal edildikdən sonra ixracı ilə məşğul olur.
“Marja”nın əldə etdyi məlumata görə, ixraca yarıyan ilbizlər kəndlilər tərəfindən yığılır və şirkətə təhvil verilir. Xususi emal prosesindən keçirildikdən sonra ilbizlər Avropaya ixrac edilir.
Qeyd edək ki, Türkiyə çoxdandır Avropaya ilbiz ixrac edir. Fabrikdə qabığından ayrılan ilbizlər dondurularaq 90%-i Fransaya olmaqla, Rumıniya, Bolqarıstan, Çexiya, Makedoniya kimi Avropa ölkələrinə göndərilir. Yüksək zülal və aşağı yağ nisbətilə bir qida olan ilbiz bu ölkələrdə intensiv istehlak edilir.