KİV:Fransada ikinci tur prezident seçkilərində Makron liderlik edir

0
1
Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.

Bu barədə RTBF telekanalı xəbər verib

Məlumata əsasən, səslərin 62-65 faizini toplayan “En Marche” (Yürüş) Hərakatının lideri “Milli Cəbhə”nin lideri Marin Le Peni üstələyir.

Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayacaq.

Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq. (APA)