Milli Məclisin deputatı Vahid Əhmədov manatın məzənnəsi ilə bağlı proqnozları musavat.com-a şərh edərkən bildirib. Bununla yanaşı deputat qeyd edib ki, ümumi götürəndə real sektorun inkişafı üçün, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır.
Deputatın sözlərinə görə, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq: “Sonra qərar veriləcək ki, manat yenidən ucuzlaşmağa başlasın və dollar bahalaşsın. Hazırda ölkədə manat qıtlığı yaradılıb. İnvestisiya layihələrinə vəsait qoyulmur, nağd pul çıxartmaqla əlaqədar problem yaradır. Yay aylarında da bu problem çox hiss olunmayacaq. Ancaq hökumət iqtisadiyyatın inkişafını istəyirsə, sentyabrdan etibarən manatın öz dəyərini almalıdır. Ola bilər ki, bu ilin yanvar ayında dollar necə 1.90 manata qalxmışdısa, yenə həmin məzənnəyə qalxar”.