MTN Antiterror Mərkəzinin rəisinin məhkəməsi başlanır –General Elçin Quliyev hakim qarşısında

0
3

Ləğv olunmuş MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib. Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub.

Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs olunub. (APA)