Bu barədə Faiq Əmirlini vəkili Fəxrəddin Mehdiyev məlumat verib. İstintaq orqanı onun Cinayət Məcəlləsinin 213.1 ci maddəsi ( vergidən yayınma) və 308-ci maddəsi ( vəzifə səlahiyyətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib.
Faiq Əmirli ittihamı qəbul etməyərək ifadə verməkdən imtina edib.
Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçilik) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərmək və bu fəaliyyətlə ictimai asayişi pozmaq) maddələri ilə cinayət işi qaldırılıb.
2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən “Hizmət” hərəkatı ilə əlaqədə təqsirli bilinirdi.