Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanında iştirak edəcək şagirdlərə xəbərdarlıq edib.
DİM-dən verilən xəbərə görə, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz.
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, ötən həftə keçirilən buraxılış imtahanında 3 nəfər telefonla imtahan binasına daxil olub, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub.
İmtahanda iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. /APA