Ərdoğan:“Əl-Bab əməliyyatının bitməsinə az qalıb”

0
3
Suriyada Əl-Bab əməliyyatının bitməsinə az qalıb.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə yerli sakinlər qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə terrorla bir neçə cəbhədə mübarizə aparır: “Böyük dövlət belə günlərdə bəlli olur. Böyük dövlət bu əməliyyatlarda bəlli olur”.

Türkiyənin müdafiə naziri Fikri İşık isə İsmitdə Əl Bab əməliyyatının gedişi barədə məlumat verib: “Strateji yüksəklik azad edilib. Terror haradadırsa, təhdid haradan gəlirsə, ora qədər getmək və terrorçuları məhv etmək Türkiyənin prioritetidir”.  (APA)