Rusiyada araqdan zəhərlənib ölənlərin sayı 71-ə çatdı

0
3
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnık” içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib: “Son məlumatlara görə, ölənlərin sayı 71 nəfərdir. Zərərçəkənlərin ümumi sayı 117 nəfərə çatıb. Gecə daha bir nəfəri gətiriblər”.

Onun sözlərinə görə, 36 nəfər isə stasionar müalicədədir.