Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib.
Bu barədə Lent.az-a uşağın anası məlumat verib. Anası Arzu Abbasovanın sözlərinə əsasən, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: “Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə qalıb. Amil isə həyətdə qalıb”.
Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən Lent.az-a bildirilib ki, belə bir şikayət qəbul edilib: “Abbasov Amlin axtarışları paytaxtın bütün istiqamətlərində davam etdirilir”.
Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir. Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055)563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.